Biz kimik

2021-ci ilin əvvəlində təsis edilmiş “Universal Metal” şirkəti, çoxşaxəli və geniş miqyaslı fəaliyyəti ilə ekoloji təmiz mühit inşa etməyi, təbii qaynaqların davamlılığını, ətraf-mühit və insan sağlamlığının qorunmasını prioritet hesab edir. Şirkət bu məqsədlə quruda, dəniz və su hövzələrində metal tullantıların, gəmi batıqlarının və neft buruqlarının çıxarılmasını, təmizlənməsini və təkrar istehsalının həyata keçirilməsini təmin edir. Balansındakı 3 gəmi, o cümlədən yerli və xarici mütəxəssislərdən ibarət peşəkar işçi heyətilə birgə ekoloji təmiz mühitin inşası naminə öz fəaliyyətini təşkil edir.

Tərəfdaşların ehtiyac və gözləntilərini ən yaxşı şəkildə anlamaq və uyğun həll variantları təklif etmək “Universal Metal” şirkətinin minimum zərər və maksimum fayda prinsipinə əsaslanan fəaliyyətinin təməlində yer alır. Ekoloji yönümlü, güvənilən və keyfiyyətli xidmət təmin edən şirkət, öz fəaliyyəti ilə yerli və beynəlxalq miqyasda çirklənməyə qarşı effektiv mübarizə nümunəsi yaradır

Yaxın gələcəkdə şirkət öz fəaliyyətini dəniz və su hövzələrinin qeyri-metal tullantılardan təmizlənməsi, o cümlədən çirkab suların təmizlənməsi istiqamətində genişləndirməyi nəzərdə tutur.

Missiyamız

Ekoloji təmiz və təhlükəsiz ətraf-mühit inşa etməyi hədəfləyən şirkət, bu günədək reallaşdırdığı layihələrdə əldə etdiyi bacarıq və təcrübə ilə tərəfdaşlarına güvənilən və keyfiyyətli xidmət təklif edir.

Vizyonumuz

Etibarlılıq, innovativlik və səmərəlilik prinsiplərini mənimsəmiş “Universal Metal” şirkəti, göstərdiyi xidmət səviyyəsi ilə gələcək nəsillərə sağlam və təmiz dənizlər miras qoymağı hədəfləyir.

Fəaliyyətimiz

“Universal Metal” şirkəti quruda, dəniz və su hövzələrində metal tullantıların və qırıntıların, gəmi batıqlarının və neft buruqlarının çıxarılması, təmizlənməsi, metal tullantıların təkrar istehsalı istiqamətində fəaliyyət göstərir.

Yaxın gələcəkdə şirkət öz fəaliyyətini dəniz və su hövzələrinin qeyri-metal tullantılardan təmizlənməsi, o cümlədən çirkab suların təmizlənməsi istiqamətində genişləndirməyi nəzərdə tutur.

Sertifikatlar

Hit enter to search or ESC to close