Biz kimik
2021-ci ilin əvvəlində təsis edilmiş “Universal Metal” şirkəti, çoxşaxəli və geniş miqyaslı fəaliyyəti ilə ekoloji təmiz mühit inşa etməyi, təbii qaynaqların davamlılığını, ətraf-mühit və insan sağlamlığının qorunmasını prioritet hesab edir. Şirkət bu məqsədlə quruda, dəniz və su hövzələrində metal tullantıların, gəmi batıqlarının və neft buruqlarının çıxarılmasını, təmizlənməsini və təkrar istehsalının həyata keçirilməsini təmin edir. Balansındakı 3 gəmi, o cümlədən yerli və xarici mütəxəssislərdən ibarət peşəkar işçi heyətilə birgə ekoloji təmiz mühitin inşası naminə öz fəaliyyətini təşkil edir.
Tərəfdaşların ehtiyac və gözləntilərini ən yaxşı şəkildə anlamaq və uyğun həll variantları təklif etmək “Universal Metal” şirkətinin minimum zərər və maksimum fayda prinsipinə əsaslanan fəaliyyətinin təməlində yer alır. Ekoloji yönümlü, güvənilən və keyfiyyətli xidmət təmin edən şirkət, öz fəaliyyəti ilə yerli və beynəlxalq miqyasda çirklənməyə qarşı effektiv mübarizə nümunəsi yaradır
Yaxın gələcəkdə şirkət öz fəaliyyətini dəniz və su hövzələrinin qeyri-metal tullantılardan təmizlənməsi, o cümlədən çirkab suların təmizlənməsi istiqamətində genişləndirməyi nəzərdə tutur.