XİDMƏTLƏR

BÜTÜN XİDMƏTLƏR

HAQQIMIZDA

2021-ci ilin əvvəlində təsis edilmiş “Universal Metal” şirkəti, çoxşaxəli və geniş miqyaslı fəaliyyəti ilə ekoloji təmiz mühit inşa etməyi, təbii qaynaqların davamlılığını, ətraf-mühit və insan sağlamlığının qorunmasını prioritet hesab edir. Şirkət bu məqsədlə quruda, dəniz və su hövzələrində metal tullantıların, gəmi batıqlarının və neft buruqlarının çıxarılmasını, təmizlənməsini və təkrar istehsalının həyata keçirilməsini təmin edir. Balansındakı 3 gəmi, o cümlədən yerli və xarici mütəxəssislərdən ibarət peşəkar işçi heyətilə birgə ekoloji təmiz mühitin inşası naminə öz fəaliyyətini təşkil edir.

Tərəfdaşların ehtiyac və gözləntilərini ən yaxşı şəkildə anlamaq və uyğun həll variantları təklif etmək “Universal Metal” şirkətinin minimum zərər və maksimum fayda prinsipinə əsaslanan fəaliyyətinin təməlində yer alır. Ekoloji yönümlü, güvənilən və keyfiyyətli xidmət təmin edən şirkət, öz fəaliyyəti ilə yerli və beynəlxalq miqyasda çirklənməyə qarşı effektiv mübarizə nümunəsi yaradır

Yaxın gələcəkdə şirkət öz fəaliyyətini dəniz və su hövzələrinin qeyri-metal tullantılardan təmizlənməsi, o cümlədən çirkab suların təmizlənməsi istiqamətində genişləndirməyi nəzərdə tutur.

LAYİHƏLƏR

Çoxşaxəli və geniş miqyaslı fəaliyyəti ilə ekoloji təmiz mühit inşa etməyi, təbii qaynaqların davamlılığını, ətraf-mühit və insan sağlamlığının qorunmasını hədəfləyən “Universal Metal”, yarandığı gündən etibarən prioritetlərinə uyğun müxtəlif layihələr icra etmişdir.

Bütün layihələr

Fəaliyyət ərazisi

Ətraflı

● Abşeron yarımadası ətrafı

● Xəzər dənizi sahili ərazilər

● Bibiheybət

● Səngəçal

● Neft daşları

● Nargin adası

● Tovuz

● Biləsuvar

● Lənkəran

Created with Raphaël 2.1.0

Hit enter to search or ESC to close