İlin yekunu ilə bağlı toplantı keçirildi

24.12.2023

"Universal Metal QSC – də ilin yekun iclası və yeni təqvim ili üçün tədbirlər planının təhlili ilə bağlı toplantı keçirildi.

Toplantıda ötən il üçün tapşırıqların yerinə yetirilməsi faizi təhlil edildi. Şirkətin suda və quruda istehsalat şöbələrinə qoyulan tələblər aylıq hesabatlara görə tam şəkildə yerinə yetirilmişdir. Toplantıda şirkət rəhbərliyi tərəfindən yeni təqvim ilində görüləcək işlər tədbirlər planına uyğun olaraq idarə heyətinə və istehsalat şöbəsinin iş nəzarətçilirinə çatdırıldı. Toplantı əsnasında idarə heyətinin təklifləri dəyərləndirildi. İstehsalatda gedən işlər zamanı risklər yenidən qiymətləndirildi. Risklərin dahada aşağı salınması üçün rəhbərlik tərəfindən müvafiq tapşırıqlar verildi. Toplantı sonunda rəhbərlik yeni iş təqvim ilində şirkətin  dahada inkişafı üçün hər kəsin  öz üzərinə düşən tapşırıqların layiqincə yerinə yetirlməsi tapşırığını  verdi. "

Hit enter to search or ESC to close